Batareya və maqnit qırıntıları udan 10 yaşlı uşağın anası DANIŞDI - VİDEO
239
10:05, Bu gün

Batareya və maqnit qırıntıları udan 10 yaşlı uşağın anası DANIŞDI - VİDEO

10 yaşlı uşaq batareya və maqnit qırıntıları udub.
 
2015-ci il təvəllüdlü uşaq qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, qusma və bədən hərarətinin yüksəlməsi şikayətləri ilə valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə çatdırılıb.
 
Müayinə zamanı uşağın qarın boşluğunda yad cismlər aşkarlanıb. Həkimlərin sözlərinə görə, uşaq əvvəllər də yad cismlər udub.
 
Dərhal əməliyyat edilən uşağın bağırsağında çoxsaylı deşilmə aşkarlanıb.
 
14 günlük stasionar müalicələrdən sonra uşağın vəziyyəti qənaətbəxş qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.
 
Daha ətraflı videomaterialı təqdim edirik:

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər