Bizi sosial şəbəkələrdən izləyin:
Şri-Lankanın mərkəzində yerləşən Na Uyana Aranya Senasanaya monastırının ərazisinə kanat yolunda vaqonun düşməsi nəticəsində yeddi buddist rahib ölüb, altı nəfər yaralanıb.
Bu barədə "Daily Mirror" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, faciə sentyabrın 24-də axşam saatlarında baş verib.
"(Şri-Lankadakı monastırda) qalxma zamanı kanat qırılıb və nəticədə rahibləri və zəvvarları daşıyan vaqon yüksəklikdən dərəyə düşüb", - hüquq-mühafizə orqanlarının əməkdaşları qəzetə bildiriblər.
Polis qəzanı dağlıq ərazidə yerləşən monastır binaları arasında insanların və yüklərin daşınması üçün istifadə olunan qaldırıcıda yaranan texniki nasazlıqla əlaqələndirib. Ölənlər arasında üç əcnəbinin olduğu bildirilir.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. /Oxu.az/