Kanalizasiya suları içində qalan Sulutəpə sakinləri - Problem niyə həll olunmur?
195
08:33, Bu gün

Kanalizasiya suları içində qalan Sulutəpə sakinləri - Problem niyə həll olunmur?

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində sakinlər hər gün çirkab sularla dolu yollardan keçmək məcburiyyətində qalırlar. Əsas keçid yollarından biri - 313 saylı məktəb və 328 saylı bağçaya gedən küçə artıq keçilməz vəziyyətdədir.
 
Sakinlər bildirirlər ki, həm uşaqlar, həm böyüklər gündəlik olaraq təhlükəli şəraitdə hərəkət edir, sağlamlıqları risk altındadır.
 
"Maşınlarımız və piyadalar üçün bu yol təhlükəlidir, kanalizasiya düzgün işləmədiyi üçün hər yağışdan sonra su yollara dolur" , - deyə sakinlər vurğulayıblar.
 
Məsələ ilə bağlı Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin nümayəndələri bildiriblər ki, problem barədə məlumatlıdırlar və müvafiq qurumlara müraciət olunub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) isə bildirilib ki, ərazidə baxış keçiriləcək və nəticə barədə yaxın zamanda məlumat veriləcək.
 
Ətraflı Baku TV-nin süjetində:
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər