Bakıda qorxulu yol kəsişməsi - VİDEO
260
15:59, Bu gün

Bakıda qorxulu yol kəsişməsi - VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
 
Budəfəki buraxılışda paytaxtın Sabit Orucov və Fəzail Bayramov küçələrinin kəsişməsində sürücülərin qarşılaşdığı təhlükəli vəziyyət barədə məlumat verilib.
 
Bildirilib ki, sözügedən kəsişmədə yol nişanının çatışmazlığı ara-sıra qəza şəraiti yaradır. Belə ki, biristiqamətli hərəkətin təşkil olunduğu Sabit Orucov küçəsində baş yol nişanı mövcuddur, lakin Fəzail Bayramov küçəsindən kəsişməyə daxil olan sürücülər üçün heç bir nişan quraşdırılmayıb. Bu səbəbdən həmin yoldan ilk dəfə istifadə edən sürücülər üstünlüyün özlərində olduqlarını düşünə bilirlər.
 
Yol nişanı ilə tənzimlənməyən kəsişmələrdə yol üstünlüyü sağdan gələn nəqliyyat vasitəsinə verilir. Bəs qəza baş verərsə, qanun kimin tərəfində olacaq?
 
Daha ətraflı Baku TV-nin süjetində:

 

 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər