Tikilməkdə olan binalardan mənzil almaq istəyənlərin nəzərinə - aldada bilərlər - VİDEO
394
08:05, Bu gün

Tikilməkdə olan binalardan mənzil almaq istəyənlərin nəzərinə - aldada bilərlər - VİDEO

Vətəndaşlar mənzil alarkən yalnız hazır binalara deyil, tikilməkdə olan layihələrə də üstünlük verirlər. Lakin, bu prosesdə ciddi risklər mövcuddur.
 
Moderator.az Xəzər TV-yə istinadən bildirir ki, əmlak eksperti Elnur Fərzəliyev deyir ki, hazırda çoxmənzilli binalar inşa edən tikinti şirkətləri tərəfindən aldadılan vətəndaşların sayı 5 min 250 nəfərdən çoxdur.
 
Ekspertin sözlərinə görə, 90-cı illərdən başlayaraq Bakıda və digər böyük şəhərlərdə tikilən yaşayış binalarında mənzillər alqı-satqı müqaviləsi əsasında vətəndaşlara təqdim olunub. Pul tam ödənildikdə şirkət maliyyə arayışı verib. Bina tikilib təhvil verildikdən sonra isə həmin mənzillərə çıxarış yalnız bu sənədlər əsasında rəsmiləşdirilib.
 
Onun sözünə görə, tikinti şirkətləri ilə bağlanan müqavilələr, maliyyə sənədləri və binaların çıxarış məsələsi vətəndaşlar üçün problem yarada bilər. Hazır olmayan binadan mənzil alarkən mütləq müqavilə və sənədlərin qanuniliyi yoxlanılmalıdır",-deyə ekspert vurğulayıb.
 
Daha ətraflı videomaterialı təqdim edirik.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər