İranda yaşayış binasında dəhşətli partlayış: Ölənlər var - VİDEO
333
12:18, Bu gün

İranda yaşayış binasında dəhşətli partlayış: Ölənlər var - VİDEO

Bu gün səhər İranda yaşayış binasında dəhşətli partlayış baş verib. Hadisə nəticəsində azı altı nəfər həlak olub.
 
Bu barədə "Azad İran" "Telegram" kanalın xəbər verir.
 
Bildirilir ki, faciə Əhvaz şəhərinin Pərdis bölgəsində yerləşən dördmərtəbəli yaşayış binasında qeydə alınıb.
 
Hazırda xilasedicilər binada araşdırmalar aparır və dağıntılar altında qalan insanların olub-olmadığı dəqiqləşdirilir.
 
Hadisənin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.

 

 

 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər