Biləsuvarda narkokuryer həbs olundu - VİDEO
308
10:10, Bu gün

Biləsuvarda narkokuryer həbs olundu - VİDEO

Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
 
Məlumata görə, Biləsuvar rayonunda polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı 47 yaşlı Eldəniz Nağıyev saxlanılıb.
 
Həmin şəxsdən 6 kiloqram tiryək, heroin, marixuana, əlavə olaraq 255 ədəd müxtəlif növ narkotik və psixotrop maddə tərkibli həblər və 1 ədəd soyuq silah hesab edilən beşbarmaq aşkarlanıb.
 
Araşdırmalarla onun xaricdə yaşayan narkotacirdən əldə etdiyi narkotik vasitələri maddi qazanc müqabilində paytaxt ərazisinə gətirərək deyiləcək ünvanlara yerləşdirməyə razılaşdığı müəyyən edilib.
 
Faktla bağlı cinayət işi başlanılıb, E.Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib.
 
Araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər