Şokoladların içərisində qızıl aşkar olundu - FOTO/VİDEO
328
12:10, Bu gün

Şokoladların içərisində qızıl aşkar olundu - FOTO/VİDEO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları şokoladların içərisində gizlədilən qızılın gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını alıblar.
 
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
 
Bildirilib ki, Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan gömrük nəzarət zonasından keçərkən monitorda şübhəli təsvirlər müşahidə edilib.
 
Yoxlama zamanı ona məxsus əl yükündəki 32 ədəd şokoladın içərisindən, qırıntı şəklində hopdurulmuş, ümumilikdə 240 qram qızıl aşkar edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər