ABŞ FTB Kirki güllələdikdən sonra qaçan şəxsin videosunu yayıb
304
11:36, Bu gün

ABŞ FTB Kirki güllələdikdən sonra qaçan şəxsin videosunu yayıb

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) Yuta ştatında siyasətçi Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin videosunu yayıb.
 
Görüntülərdə bir nəfərin binanın damının üzərində qaçaraq aşağı tullandığı görünür.
 
"2025-ci il sentyabrın 10-da, saat 12 radələrində şübhəli şəxs dama çıxıb. Çarli Kirki vurduqdan sonra yerə tullanaraq qaçıb. O, silahı və döyüş sursatını universitetin yaxınlığındakı meşəlik ərazidə qoyub", - büronun məlumatında bildirilir.
 
Həmçinin ABŞ-nin TMZ portalı fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin Yuta Universitetinin yaxınlığındakı evlərdən birinin müşahidə kamerasından çəkilmiş videosunu yayıb.
 
Görüntülərdə qara paltarlı və papaqlı şəxsin təhsil müəssisəsinə doğru getdiyi görünür.
 
Kirki güllələdikdən sonra da həmin kamera onu qeydə alıb. Kişi yolda gedib, bir anda qaçmağa başlayıb və kameranın görmə bucağından itib. /Oxu.az/

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər