Qərbi Azərbaycan Xronikası: Tarixi torpaqlarımızın adı və faktlar dünya ictimaiyyətinə çatdırılır
185
08:18, Bu gün

Qərbi Azərbaycan Xronikası: Tarixi torpaqlarımızın adı və faktlar dünya ictimaiyyətinə çatdırılır

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
 
"Bakı-İrəvan Göyçə gölünün suyunun birgə istifadə edəcək?" adlı süjetdə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşündə sülh sazişinin paraflanması və Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmadan sonra İrəvanda yayılan həqiqətə uyğun olmayan iddialardan bəhs olunub.
 
Bildirilib ki, "Bakı Qərbi Azərbaycana qayıdış planından imtina edir", "Qərbi Azərbaycan icmasının adı dəyişdirilir" və digər iddiaların mənbəyi Ermənistan mediası, xüsusilə Paşinyan hakimiyyətinə yaxın informasiya resurslarıdır və bunun təsadüfi olmadığı aydındır.
 
Vurğulanıb ki, Qərbi Azərbaycana qayıdışla bağlı doğru olmayan iddiaların ortaya atılmasında iki məqsəd görünür:
 
Birincisi, Azərbaycanla sülh sazişini paraflayan Ermənistan hakimiyyəti azərbaycanlıların qayıdış hüququnu gündəmdən çıxarmaq istəyir. İkincisi, azərbaycanlıların qayıdışının daim müzakirə olunduğu Ermənistan ictimai rəyini manipulyasiya etməyə çalışırlar.
 
Diqqətə çatdırılıb ki, Ermənistan ictimai rəyinin mövcud mənzərəsi sülh müqaviləsi bağlandıqdan sonra azərbaycanlıların qayıdışının da qəbul ediləcəyi perspektivini ön plana çıxarır:
 
"Lakin hazırda Qərbi Azərbaycan məsələsi, eləcə də Zəngəzur dəhlizinin açılması Ermənistanın daxili siyasətində iqtidarla müxalifətin mübarizəsinin əsas elementinə çevrilib. Paşinyan hakimiyyəti ilə müxalifət arasında qarşılıqlı ittihamlar səsləndirilir. Həbsdə olan erməni keşiş Baqrat Qalastyan və keçmiş ombudsman Arman Tatoyan iddia edirlər ki, məsələ yalnız Zəngəzur dəhlizinin verilməsi ilə deyil, bütövlükdə Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlıdır. Dəhlizin verilməsi bütövlükdə Zəngəzurun (Sünik) verilməsi deməkdir. Masanın üzərində konkret ərazilər var. Bu, Yuxarı Əskipara (Yuxarı Voskepar ), Kərki (Tiqranaşen) və Göyçə (Sevan) gölünün şərq hissəsinin Azərbaycana qaytarılmasından ibarətdir. Azərbaycanda 100 mindən çox Qərbi azərbaycanlının Ermənistana qayıtmaq üçün qeydiyyat prosesi başa çatıb. Qərbi Azərbaycan planının son hədəfi Ermənistanda demoqrafik vəziyyəti dəyişməkdir".
 
Sonda vurğulanıb ki, Ermənistanın ictimai-siyasi sferasında Qərbi Azərbaycan müzakirələri həm siyasi mübarizənin bir parçasıdır, həm də regionun yeni reallığından qaynaqlanır.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
 
Ətraflı Baku TV-nin süjetində:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər