Yasamalda kuryerlərdən 31 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO
336
14:30, Bu gün

Yasamalda kuryerlərdən 31 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları kuryerliyə cəlb olunaraq narkotiklərin satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyat keçiriblər.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, növbəti tədbirlər zamanı 28 yaşlı Fəqan Məmmədov və 24 yaşlı Məhərrəm Həsənzadə saxlanılıblar. Onlardan, ümumilikdə, 31 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
 
Araşdırma zamanı saxlanılanların maddi qazanc əldə etmək məqsədilə şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsi yaratmaları əldə olunan elektron məlumatlarla sübuta yetirilib.
 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər