Şuşa və Laçın şəhərlərinə infotur təşkil edilib - VİDEO
289
12:26, Bu gün

Şuşa və Laçın şəhərlərinə infotur təşkil edilib - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Şuşa və Laçın rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərininin dəstəyi ilə Şuşa və Laçın şəhərlərinə növbəti infotur təşkil olunub.
 
Moderator.az xəbər verir ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində təşkil edilən infoturda müxtəlif peşə sahibləri iştirak ediblər. İnfotur iştirakçıları Şuşa və Laçın şəhərləri ilə tanış olub, burada həyata keçirilən bərpa və quruculuq işləri barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu şəhərlərdə genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur və burada yaşayan sakinlər üçün müasir şərait yaradılır. İnfotur çərçivəsində iştirakçılar Şuşa şəhərində tarixi və təbiət abidələri ziyarət edib, ora köçmüş ailələrin evlərinə qonaq olub, hədiyyələr təqdim ediblər. 
 
İştirakçılar həmçinin, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində qurumun rəsmisi tərəfindən qəbul edilib. Onlara müəssisələrin fəaliyyəti, iş şəraiti və əmək resurslarının idarə edilməsi prinsipləri barədə ətraflı məlumat verilib. Həmçinin, iştirakçılar Laçın rayonunun Bəylik kəndinə köçmüş ailədə qonaq olublar. İnfotur iştirakçıları səfərin faydalı və maarifləndirici olduğunu qeyd ediblər. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş digər ərazilərə də infoturların təşkili davam etdiriləcək.
Link kopyalandı!
Son xəbərlər