Bizi sosial şəbəkələrdən izləyin:
Ərdəbildə "Yaylıq" nəşriyyatı yeni dərs ili ərəfəsində uşaqlara və şagirdlərə Azərbaycan nağıllarından ibarət kitablar və maarifləndirici dəstlər paylayıb.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə Güney Azərbaycandan olan milli fəal Abbas Lisani öz "Telegram" kanalında məlumat verib.
Aksiya yerli vətəndaş cəmiyyəti fəallarının dəstəyi ilə keçirilib. Dəstlərə Azərbaycan nağılları olan kitablar, rəsm və məşqlər üçün dəftərlər, rəngli karandaşlar, pozan və qələmlər daxil olub.
Qeyd etmək lazımdır ki, Ərdəbildəki Saadulla Donyavi Muğanlının rəhbərlik etdiyi "Yaylıq" nəşriyyatı 2019-cu ilin noyabr ayından Azərbaycan mədəniyyətinə aid əsərlərin çapı üçün rəsmi lisenziya almış azsaylı mərkəzlərdən biridir.