Bizi sosial şəbəkələrdən izləyin:
"Bakılı oğlanlar" ŞHK komandasının üzvü, aktyor Emil Abbasovun övladının xeyir işi olub.
O, paytaxt restoranlarından birində oğlu Əli üçün toy edib. Əli sevdiyi Nigar adlı xanımla ailə qurub. Təmtəraqlı toy paytaxtın lüks və dəbdəbəli məkanlarından birində baş tutub.
Məclisə şou əhli axın edib. Xalq artistləri Aygün Kazımova, Eyyub Yaqubov, Zülfiyyə Xanbabayeva, müğənni Murad Arif və tanınmış aktyorlar toyda iştirak ediblər.
Məlumat üçün bildirək ki, Emil Abbasov 1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvü olub. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK "Yay Kubokunun" sahibi və 2000-ci il ŞHK "Əsrin Çempionu" olub. 2001-ci ildə Planet Parni iz Baku KVN Teatrında çıxış edib.
Hazırda Çində yaşayır. Amma son dövrlər yenidən KVN sıralarına qatılıb.
Sözügedən kadrları təqdim edirik. /BAKU.WS/