İranda bölgə əhalisi SEPAH-ın yanacaq çənlərini yandırıb - VİDEO
363
10:47, Bu gün

İranda bölgə əhalisi SEPAH-ın yanacaq çənlərini yandırıb - VİDEO

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistanla sərhəddə yerləşən Midjav şəhərində tankerlərdən məcburi şəkildə yanacaq götürmək üçün çənlər quraşdırıb, lakin buna etiraz edən bölgə əhalisi onları yandırıb.
 
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
 
Etirazçıların sözlərinə görə, çənlərin yaradılması layihəsi yanacağın bir hissəsinin təhlükəsizlik qüvvələrinə və dövlət qurumlarına tabe olan şəxslər arasında bölüşdürülməsini nəzərdə tutur, yanacağın bir hissəsi isə tankerlərdən ucuz qiymətə alınacaq.
 
Bölgə əhalisi və regionun müxtəlif tayfaları daha əvvəl dəfələrlə bu layihənin həyata keçirilməsi ilə razılaşmadıqlarını bəyan ediblər, çünki bunun qırx-əlli mindən çox insanın işsizliyinə səbəb olacacağını düşünürlər.
 
Etirazçılar çənlərin çoxunu yandırıblar, qalanlarını isə deşiblər.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər