KİV: Pentaqonun adının dəyişdirilməsi milyardlarla dollara başa gələ bilər - VİDEO
484
15:55, Bu gün

KİV: Pentaqonun adının dəyişdirilməsi milyardlarla dollara başa gələ bilər - VİDEO

Pentaqonda ABŞ Prezidenti Donald Trampın Müdafiə Nazirliyinin adının dəyişdirilərək Müharibə Nazirliyi adlandırılması ilə bağlı fərmanından narazıdırlar.
 
Bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.
 
Nəşrin yazdığına görə, Pentaqondakı bir çox rəsmi şəxs milyardlarla dollara başa gələ biləcək yeniliklərlə bağlı böyük iş planı səbəbindən adın dəyişdirilməsindən narazıdır.
 
Belə ki, Pentaqon 40 ölkədə və ABŞ-nin 50 ştatında 700 mindən çox obyektdəki simvolları, o cümlədən möhürləri, blankları və uniformaları dəyişdirməli olacaq. /Oxu.az/

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər