Kanalda boğulan qardaşlardan birinin payızda toyu olacaqmış - VİDEO
441
16:03, Bu gün

Kanalda boğulan qardaşlardan birinin payızda toyu olacaqmış - VİDEO

Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində boğulan iki qardaş ‒ 26 yaşlı Orxan Abdıyev və 24 yaşlı Ramazan Abdıyevlə bağlı təfərrüat məlum olub.
 
Qohumların sözlərinə görə, mərhum Orxan Abdıyevin payızda toyu olacaqmış.
 
"Böyük oğlumun Bakıda evi, hər şeyi hazır idi", - deyə mərhumların atası İsrail Abdıyev söyləyib. Gənclərin qohumları hadisəni belə şərh ediblər:
 
"Deyirlər ki, Ramazan suya düşüb. Orxan bir-iki dəfə çıxarmağa cəhd etsə də, kanalın kənarı sürüşkən olduğu üçün təzədən suya düşüblər və hər ikisi boğulub. Onlar hamıya can yandıran, qohum qədri bilən uşaqlar idilər. Ailədə başqa uşaq olmadığına görə valideynləri üçün vəziyyət çox çətindir".
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər