Xronika: Paşinyan azərbaycanlıların qayıdacağı
184
08:18, Bu gün

Xronika: Paşinyan azərbaycanlıların qayıdacağı "yeni Ermənistan"ı qurmalıdır

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
 
"Qərbi Azərbaycan məsələsi Bakının gündəmindən çıxmayıb" adlı süjetdə bu il avqustun 8-də Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilən görüşündən və əldə olunan razılaşmalardan bəhs olunub.
 
Bildirilib ki, bu görüş tarixi əhəmiyyətə malikdir: "Vaşinqton razılaşmasında ən mühüm məqam Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü bütün tələblərin qəbul edilməsidir. Bu, Əliyev, Paşinyan və Trampın imzaladığı Birgə Bəyannamədə öz əksini tapır".
 
Qeyd olunub ki, yekun sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi, Zəngəzur dəhlizinin açılması zəruridir: "Təsadüfi deyil ki, Ermənistanda bunu İrəvanın Azərbaycana təhvil verilməsi kimi qiymətləndirirlər. Azərbaycanlıların öz yurdlarına qayıdışı nə siyasi, nə də ərazi iddiasıdır. Bu, humanitar problemdir və beynəlxalq hüquqa görə, soydaşlarımız qaçqın statusuna malikdir. Onların qayıdışı da beynəlxalq hüquqa əsasən humanitar problemin həlli deməkdir. Bu baxımdan, Qərbi Azərbaycana qayıdış məsələsinin Bakı və İrəvan arasında ikitərəfli şəkildə müzakirə olunacağı və yekun sülh sazişinin imzalanmasından sonra həll ediləcəyi gözləntisi böyükdür".
 
Ermənistanda yekun sülh sazişindən sonra Bakının bir sıra tələbələrinin ikitərəfli şəkildə müzakirə olunacağı və qəbul ediləcəyi fikrindədirlər. Belə ki, erməni ictimai xadim Husik Ara, ekspert Artur Martirosyan, jurnalist Artur Ayrapetyanın sözlərinə görə, Zəngəzur İrəvanın təhvil verilməsinin siqnalıdır. Növbəti mərhələdə azərbaycanlıların qayıdışı aktuallaşacaq. İlham Əliyevin tələbi ilə Ermənistan konstitusiyası dəyişdiriləcək. Lakin bu, son deyil. Daha sonra hazırda Ermənistanda olan bir sıra ərazilər qaytarılacaq, Qərbi Azərbaycan ideyası altında azərbaycanlıların geri qayıtması baş verəcək".
 
Sonda vurğulanıb ki, Ermənistan sülh sazişinin önündəki əsas maneə olan konstitusiya dəyişikliyini gələn il həll etməyi planlaşdırır: "Bundan sonra yekun sülh sazişi imzalanacaq. Bu o deməkdir ki, tarixi torpaqlarımıza qayıdış da yaxındadır".
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
 
Ətraflı Baku TV-nin süjetində:
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər