Bakıda evlərə girən qadın kimdir? - Görüntüləri YAYILDI
233
08:06, Bu gün

Bakıda evlərə girən qadın kimdir? - Görüntüləri YAYILDI

Bakının Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binaların birində qeyri-adi hadisə yaşanıb.
 
Musavat.com Xəzər TV-yə istinadən məlumat verir ki, bir qadın bloklara daxil olaraq evlərə girməyə çalışıb.
 
Hətta açıq qapı görən zaman içəri də daxil olub. Həmin görüntüləri isə sosial şəbəkədə sakinlər paylaşıblar.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Nərimanov rayonunda yerləşən binalardan birinin mənzillərinə daxil olmağa çalışan naməlum qadınla bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır.
 
Həmin şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.
 
Ətraflı süjetdə:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər