Mədəkiçiltmə əməliyyatı faciəyə səbəb oldu - VİDEO
149
12:04, Bu gün

Mədəkiçiltmə əməliyyatı faciəyə səbəb oldu - VİDEO

Ötən gün tanınmış oftalmoloq Aytən Sultanovanın vəziyyəti qəfil pisləşib. Məlumata görə, o, mədəkiçiltmə əməliyyatından sonra qəbul etdiyi güclü ağrıkəsicilər və arıqlama dərmanlarının təsirindən səhhətində ciddi problemlərlə üzləşib.
 
Həkim təcili olaraq Mərkəzi Klinika Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsinə köçürülüb. Hazırda müalicəsi davam etdirilir və vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir.
 
Son illərdə ölkədə mədəkiçiltmə əməliyyatına marağın artması ilə bağlı bu kimi xəbərlər tez-tez gündəmə gəlir. Uğurlu nəticələrlə yanaşı, əməliyyatlardan sonra həyatını itirən və ya səhhəti ağırlaşan pasiyentlərin sayı da narahatlıq doğurur.
 
Bariatrik cərrah Ayxan Abbasovun sözlərinə görə, əməliyyatdan sonra qeyri-steroid iltihabəleyhinə dərmanlardan mütləq şəkildə uzaq durmaq lazımdır, çünki bu preparatlar mədədə xora və qanaxma riskini artırır. Həmçinin şirin siroplar və gec əridilən kapsullar da məsləhət görülmür.
 
Cərrah əlavə edib ki, bu prosesdən sonra pasiyentlərdə vitamin və mineral çatışmazlıqları yarana bilər və buna xüsusi diqqət edilməlidir.
 
Xüsusilə B12 vitamini, dəmir, D vitamini və kalsiumun orqanizmə vaxtında qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir.
 
Mütəxəssis deyir ki, əməliyyatdan sonrakı dövrdə özbaşına dərman qəbul etmək çox təhlükəlidir və əməliyyatın nəticələrinə ciddi zərər verə bilər. Ona görə də bütün dərman istifadəsi yalnız həkim nəzarəti ilə həyata keçirilməlidir.
 
Ətraflı Baku TV-nin süjetində:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər