Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? - FOTO/VİDEO
222
14:29, Bu gün

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? - FOTO/VİDEO

Bu gün səhər saatlarında Bakıda, "Koroğlu" Mübadilə Mərkəzində sərnişinlərin avtobusdan düşürülməsi narazılıq yaradıb.
 
Moderator.az xəbər verir ki, oxu.az-a müraciət edən sərnişin bildirib ki, söhbət 7B xətti üzrə işləyən avtobusdan gedir.
 
"Avtobus sərnişinlə dolandan sonra hamını düşürdülər. Amma heç bir səbəb bildirmədilər. Sürücü avtobusu idarə etməkdən imtina etdi", - deyə müraciətdə bildirilir.
 

Məsələ ilə bağlı Oxu.az-ın sorğusunu cavablandıran "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib.

 
O qeyd edib ki, hadisə sürücünün səhhətində yaranan problem səbəbindən baş verib.
 
"Bu gün saat 08:38-də "BakuBus" MMC-nin istismarında olan 7B nömrəli marşrut xətti üzrə hərəkətdə olan 99-JU-648 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün səhhətində qəfil problem yaranıb və vəziyyəti barədə dərhal Monitorinq Mərkəzinə məlumat verilib.
 
Monitorinq Mərkəzinin göstərişi əsasında avtobusda olan sərnişinlərin digər avtobusa operativ yönləndirilməsi təmin edilib və onların səfərinin fasiləsiz davam etdirilməsi üçün bütün zəruri tədbirlər görülüb", - deyə açıqlamada bildirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər