Bizi sosial şəbəkələrdən izləyin:
Bir çox ölkələrdə qızıl satıcıları son dövrlərdə bazarda artan və xalq arasında "Suriya qızılı" kimi tanınan məhsullarla bağlı alıcılara xəbərdarlıq ediblər. Buna səbəb həmin qızılın əyarına edilən müdaxilədir. Belə ki, normal şəraitdə rəsmi zərbxana tərəfindən istehsal olunan Suriya qızılı 22 əyarda bazara çıxarılır. Lakin qaçaq yollarla gətirilən və ya qeyri-qanuni sexlərdə istehsal edilən bu qızıllarda əyar 18, 14, hətta 8-ə qədər endirilir.
Moderator.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, xarici görünüşcə rəsmi zərbxana məhsulları ilə eyni olan bu saxta qızılları ayırd etmək isə demək olar ki, mümkünsüzdür.
Bəs Azərbaycanda vəziyyət necədir? Ölkə bazarında "Suriya qızılı" satılırmı?
Zərgərlər Assosiasiyasının sədr müavini Rövşən Əmircanov bildirib ki, Azərbaycana idxal olunan qızıl məmulatlarında belə hallara az rast gəlinir. Onun sözlərinə görə, saxtakarlıq əsasən qızıl və gümüşdə deyil, qiymətli daşlarda müşahidə olunur.
Ekspertin fikrincə, vətəndaşlar qızıl və qiymətli daş məmulatları alarkən mütləq mənşə və keyfiyyət sertifikatı tələb etməlidirlər.
Daha ətraflı süjetdə: