Masazırda evdə yanaraq ölənlər ANA VƏ QIZI İMİŞ - YENİLƏNİB + VİDEO
514
10:47, Bu gün

Masazırda evdə yanaraq ölənlər ANA VƏ QIZI İMİŞ - YENİLƏNİB + VİDEO

Bu gün sübh vaxtı Abşeron rayonu Masazır qəsəbəsində fərdi yaşayış evinin yanması nəticəsində ölən şəxslərin kimliyi müəyyənləşib.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, evdə yanaraq ölən şəxslərin 1949-cu il təvəllüdlü Xanım Əliyeva və qızı 1967-ci il təvəllüdlü Reyhan Əliyeva olması müəyyən edilib. Onların ana-bala olduğu bildirilir. Nəşləri aidiyyəti üzrə təhvil verilib.
 
Qeyd edək ki, hadisə vaxtı hər mərtəbəsi 40 m² olan ikimərtəbəli ev tamamilə yanıb. Yanğınla əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
 
09:24
 
Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evi yanır.
 
Bu haqda Moderator.az-a FHN-dən məlumat verilib.
 
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
 
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
 
***
 
Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.
 
İkinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.
 
Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
 
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər