Bulvarda dənizdə batmaq təhlükəsi ilə üzləşən qadın xilas edildi - VİDEO
1297
01 Sep 2025 | 15:03

Bulvarda dənizdə batmaq təhlükəsi ilə üzləşən qadın xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
 
Nazirlikdən Moderator.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
 
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1999-cu il təvəllüdlü Rzayeva Jalə Şakir qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər