Bizi sosial şəbəkələrdən izləyin:
Qusar-Xudat avtomobil yolunun Bala Qusar və Bədirqala kəndlərindən keçən hissəsində qurumuş ağaclar həm sürücülər, həm də piyadalar üçün təhlükə mənbəyi olub.
Vətəndaşlar bildirirlər ki, bu ağaclar xüsusilə qeyri-sabit hava şəraitində və nəqliyyatın intensiv hərəkəti zamanı yola aşaraq qəza riskini artırır.
"Külək əsəndə maşını qorxa-qorxa sürürük. Qurumuş ağaclar həm sürücülərə, həm də piyadalara təhlükədir. Onları kəsib yerinə meyvə ağacları əkilsə, daha yaxşı olar", - deyə sürücü narazılıq bildirib.
Ətraflı Baku TV-nin süjetində: