Aygün Bəylərin qızı beynəlxalq yarışda medallar qazandı- FOTO/VİDEO
2833
30 Aug 2025 | 14:45

Aygün Bəylərin qızı beynəlxalq yarışda medallar qazandı- FOTO/VİDEO

Mərhum Əməkdar artist Aygün Bəylərin qızı, Avropa Azərbaycan Məktəbinin şagirdi Canan Hümmətova Malayziyanın Kuala Lumpur şəhərində keçirilən “​World Scholar’s Cup Global Round 2025” yarışında Azərbaycanı təmsil edib.
 
Moderator.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım olunub.
 
Ümumilikdə yarışda Azərbaycanı 8 şagird təmsil edib. 50-dən çox ölkədən olan həmyaşıdları ilə birlikdə yarışan məktəblilərin hər biri medallar qazanıb.
 
10-cu sinif şagirdi olan C.Hümmətova akademik yazı və debatlarda yüksək nəticələr göstərərək qızıl və gümüş medallara sahib çıxıb. Bu uğurları sayəsində o, bütün komanda ilə birlikdə Yale Universitetində keçiriləcək “Tournament of Champions” final mərhələsinə vəsiqəni təmin edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər