Ukrayna Rusiyada iki neft emalı zavodunu vurub: Güclü yanğın baş verib
2037
30 Aug 2025 | 10:59

Ukrayna Rusiyada iki neft emalı zavodunu vurub: Güclü yanğın baş verib

Ukrayna Baş Qərargahı Rusiyanın Krasnodar və Sızran şəhərlərində iki neft emalı zavodunun vurulduğunu təsdiqləyib.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə Ukrayna Baş Qərargahı "Telegram" kanalında məlumat verib.
 
Bildirilir ki, hər iki halda zərbələr nəticəsində obyektlərdə yanğınlar qeydə alınıb.
 
Krasnodar Neft Emalı Zavodu ildə üç milyon ton həcmində yüngül neft məhsulları - benzin, dizel, aviasiya yanacağı istehsal edir. Rusiya Federasiyasının silahlı qüvvələrinin təminatında iştirak edir.
 
Sızran zavodu benzin, dizel və aviasiya kerosini ilə yanaşı, mazut və bitum da istehsal edir və emal həcmi 2025-ci ilin avqust ayına qədər ildə 8.5 milyon ton təşkil edib.
 
Qeyd edək ki, ötən gecə Ukrayna dronları Krasnodar və Sızrandakı neft emalı zavodlarına hücum edib. Hər iki şəhərdə böyük yanğınlar baş verib.
 
Bir sıra "Telegram" kanalları hadisə şahidlərinin videolarını dərc edərək məlumat yayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər