Rusiyalı MMA döyüşçüsü küçədə güllələndi - VİDEO
1309
16 Jul 2025 | 09:18

Rusiyalı MMA döyüşçüsü küçədə güllələndi - VİDEO

Dağıstanın Mahaçqala şəhərində iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.
 
Bu barədə görüntüləri "Mash" "Telegram" kanalı yayıb.
 
Hücum anı həyət kameralarına düşüb. Kadrlarda iki naməlum şəxsin arxadan idmançıya tərəf qaçaraq atəş açması əks olunub.
 
Hücum edənlər daha sonra ağ rəngli "LADA Priora"da qaçıblar.
 
İlkin məlumata görə, T.Xizriyev çiyin, bilək və döş qəfəsindən beşə yaxın yara alıb.
 
İdmançının vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər