Şəbnəm Tovuzlu yeni klipini təqdim etdi - VİDEO
1369
11 Jul 2025 | 18:34

Şəbnəm Tovuzlu yeni klipini təqdim etdi - VİDEO

Müğənni Şəbnəm Tovuzlu “Bəlkə dost qalaq?” adlı yeni mahnısına çəkilən klipini təqdim edib.
 
Moderator.az xəbər verir ki, yay ab-havalı klipdə sənətçi sevdiyi şəxs ilə münasibətlərindən danışır. Klipdə müğənni sevgi münasibətlərində yaşanan qərarsızlıq, itirilmiş duyğular və dost olaraq qalmaq diləməsindən bəhs edir. Ekran əsəri izləyiciləri həm romantik atmosferə, həm də yay ab-havasına aparır.
 
Mahnının sözləri sənətçinin prodüseri Şahanə Ayazqızına, musiqisi isə Ruslan Səfəroğluna aiddir.
 
Klipin rejissoru Xəyal Hüseyndir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər