Dağlıq-meşəlik ərazidəxa0yıxılan şəxs belə xilas edildixa0xa0-xa0VİDEO
1262
01 Jul 2025 | 10:44

Dağlıq-meşəlik ərazidəxa0yıxılan şəxs belə xilas edildixa0xa0-xa0VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Qəbələ rayonu, Nohurqışlaq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
Bu barədə Moderator.az-a qurumun Mətbuat xidmətindən bildirilib.
 
Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1986-cı il təvəllüdlü Məmmədov Orxan İkram oğlunun dağlıq ərazidə hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
 
Xilasedicilər çətin keçidli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər