Rusiyada
1413
27 Jun 2025 | 09:12

Rusiyada "şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər - FOTO/VİDEO

Rusiyanın Leninqrad vilayətində diri-diri basdırılma mərasiminin keçirildiyi məzardan iki nəfər çıxarılıb.
 
Bu barədə "SHOT" "Telegram" kanalı xəbər verib.
 
Məlumata görə, şaman bu mərasimi arzu edən 15 nəfərin hərəsindən 10 min rubla (təxminən 217 manat) yaxın pul alaraq, ödəniş edənləri dəfn etməyə hazırlaşırmış.
 
Hadisə Priozyorski rayonundakı Suxodolskoye gölü sahilində baş verib. Ərazidə mərasim üçün hər şey hazır olub - qəbirlər, od və digər mistik əşyalar. Xoşbəxtlikdən vaxtında hadisə yerinə gələn polislər heç kimin sona qədər dəfn olunmasına imkan verməyərək mərasimi yarıda kəsiblər.
 
Təşkilatçılar - Timur adlı "şaman" və onun köməkçisi Yekaterina saxlanılaraq polis bölməsinə aparılıblar.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər