Lənkəranda dünyanın ən sürətlə böyüyən bitkisindən hazırlanan MÖCÜZƏLƏRDƏN REPORTAJ - FOTO+VİDEO 
3146
22 Mar 2025 | 11:39

Lənkəranda dünyanın ən sürətlə böyüyən bitkisindən hazırlanan MÖCÜZƏLƏRDƏN REPORTAJ - FOTO+VİDEO 

Təbiətin bizə bəxş etdiyi, gözəl nemət olan bambukun dərimizə faydaları saymaqla bitməz. Yağlı və qarışıq dərilər üçün tam uyğun olan "Bamboo" seriyası vasitəsilə demək olar ki, dərinizin bütün ehtiyaclarını qarşılamaq mümkündür. Təbii ki, bu bitkiyə olan bir qadın baxışıdır. Əslində isə bambuk və ya hind qamışı adlanan bitkisindən mebellər, bəzək əşyaları da hazırlamaq mümkündür. 
 
Usta daha çox gündəlik tələbat duyulan məişət əşyaları sırasında stol, stul, kitab rəfi, səbət və masa üzərinə qoyulacaq aksesuarlar hazırlayır.
 
Eynulla ustanın bambukdan düzəltdiyi əl işlərinə maraq çoxdur. Onun əl işləri dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilib. Bu işlərə görə fəxri fərman və diplomlara layiq görülüb. 
 
 
Azərbaycanda isə bambuk Lənkəranda yetişdirilir. Ancaq ki, onu yetişdirən  Eynulla Cəlalov bundan nəinki yağ istehsal edir, gözoxşayan bəzək əşyası hazırlamaqla yanaşı onları müxtəlif mədəniyyət hadisəsinə çevirməyi bacarır. O, 33 il əvvəl aldığı həyətyanı sahədə Sovet dövründən qalan bir neçə bambuk tingini çoxaldaraq, əsl yaşıllıq oazisinə çevirib. Deyir ki, özü mədəniyyət işçisi olub, məhz bu səbəbdir ki, bitkidən belə bəzək əşyaları hazırlamağı bacarır. 
 
Bura 17-18 sotluq ərazilik meşəni xatırladan və insanda xoş ovqat yaradan bir məkandır. Məkana üz tutan turistlər sadəcə, nadir bir təbiət mənzərəsini seyr etmir, həm də bambukdan hazırlanan əl işlərinə heyran qalırlar. Təsərrüfat sahibi bambukun əhəmiyyətini erkən dərk edib və onu illər ərzində becərərək, həm estetik, həm də iqtisadi baxımdan dəyərli bir sahəyə çevirib.
 
 
“Bura şəxsi həyətimdir. Köçəndə həyətdə bir neçə bambuk vardı. Mən onların əhəmiyyətini bildiyim üçün çoxaltdım. O vaxt ovçular mağazalarında satılan tilovlar da bambukdan hazırlanırdı", - deyə Eynulla Cəlalov bildirib.
 
Eynula kişi dülgər olmasa da, bu sənətin sirlərini atasından öyrəndiyinib. İlk dəfə əl işlərini 2013-cü ildə sərgiyə çıxarıb, daha sonra televiziya proqramlarına dəvət olunub. Bu gün isə onun bambuk sənəti bölgədəki turizm marşrutlarının ayrılmaz hissəsinə çevrilib.
 
 
Turistlərin böyük maraq göstərdiyi əl işləri arasında fincanlar, salfet qabları, gül qabları, mətbəx dekorları və hətta kreslo və divanlar da var. Qiymətlər əşyanın ölçüsünə və hazırlanma çətinliyinə görə dəyişir: kreslolar 250-300 manat, divanlar 500-600 manat, suvenirlər isə 3-15 manat aralığındadır.
 
 O, bizimlə söhbətində deyir ki, bambuq çox qulluq tələb etmir:  Kökü hara düşsə özü özünü qidalandırır. 100 ildən artıq yaşayan bitkidir, həmişə yaşıldır. Əvəllər bambukdan mebel hazırlayırdım, indi yaşla əladar olaraq hazırda suvenir hazırlayıram". 
 
 
 
Qeyd edək ki, bambuk dünyada ən sürətlə böyüyən bitkidir və optimal böyümə dövründə gecə-gündüz 1,5-2,0 metr böyüyə bilir.
 
Bambuk bu gün dünyada ən sürətlə böyüyən bitkidir və onun ən yaxşı böyümə dövrü hər il yağışlı mövsümdür. Bu optimal böyümə dövründə gündüz və gecə 1,5-2,0 metr böyüyə bilər; ən yavaş böyüdükdə gecə-gündüz 20-30 santimetr böyüyə bilir. Bütün böyüyən vəziyyət olduqca heyrətamizdir. 
 
 
 

 

 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər