361
19:00, Bu gün

"Pos-terminalın özünü yox, şəklini göstərərik": Kartdan-karta ödənişə görə hansı cəza var? - VİDEO

Bakıda bəzi ticarət obyektləri POS-terminal aparatı olmadan fəaliyyət göstərir və müştərilərdən ödənişlər yalnız kartdan-karta köçürmə yolu ilə qəbul edilir.
 
Baku TV-nin çəkiliş qrupu bununla bağlı eksperiment aparıb və əyani olaraq belə halların şahidi olub.
 
Çəkiliş zamanı "POS-terminalın özünü yox, şəklini göstərə bilərik" cavabını verən, kanalın əməkdaşlarına hücum edən obyekt sahibləri də olub.
 
Ekspertlər deyirlər ki, bu addımlar vergidən yayınma ehtimalını artırır.
 
Bəs belə fəaliyyətlər qanunvericiliklə necə tənzimlənir? Qanunu pozanları nə gözləyir?
 
"Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, bu pozuntuların il ərzində ilk dəfə törədilməsinə görə 1000, ikinci dəfə üçün 3000, üç dəfə və daha çox törədilməsinə görə isə 6000 AZN cərimə nəzərdə tutulub", - deyə hüquqşünas Hikmət Əliyev bildirib.
Link kopyalandı!
Son xəbərlər