Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin "Haber Global" televiziya kanalında "Fənərbağça" klubunun portuqaliyalı baş məşqçisi Jose Mourinyonun Türkiyə Superliqasındakı çempionluq şansı dəyərləndirilib.
Verilişə qonaq qismində "Beşiktaş"ın sabiq futbolçusu Nihat Kahveci dəvət edilib.
Jose Mourinyonun işini dəyərlərindən Nihat Kahveci bildirib ki, portuqaliyalı mütəxəssisin gətirdiyi bəhanələr həqiqəti əks etdirmir.
"Mourinyo deyir ki, turnir cədvəlində böyük xal üstünlüyü əldə etmiş "Qalatasaray"dan fərqli olaraq, rəqiblər "Fənərbağça"ya qarşı daha motivasiyalı və əzmkar mübarizə aparırlar. Halbuki, "Kasımpaşa" doğma meydanda "Qalatasaray"a qarşı əzmkar mübarizə apardı və son dəqiqələrdə vurduğu qolla liderdən bir xal qopardı. Ümumiyyətlə, bu yanaşma ilə "Fənərbağça" heç vaxt çempionluq qazana bilməz", - deyə Nihat Kahveci bildirib.