Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistan Hava Yolları aprelin 7-dən etibarən uçuşlarını müvəqqəti olaraq dayandıracağını açıqlayıb.
Şirkət bu barədə rəsmi "Facebook" səhifəsində paylaşım edib. Qərarın səbəbi kimi təyyarə meydançasının yenilənməsi göstərilib.
Hava yolu şirkəti aprelin 6-dan sonrakı tarixlərə bilet almış və ya bron etmiş sərnişinlərə şirkətlə əlaqə saxlamağı tövsiyə edib.
Xatırladaq ki, son günlər Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlaşdığına dair məlumatlar yayılıb. Ermənistan hökuməti 1 aprel - 13 iyun tarixləri arasında ehtiyatda olan hərbçilərin toplanışının keçiriləcəyini elan edib. Bu qərar, apreldə eskalasiya ehtimalını artıran amillərdən biri kimi qiymətləndirilir.