“Səs Azərbaycan”ın növbəti buraxılışında gərgin anlar yaşanıb.
Moderator.az xəbər verir ki, iştirakçı Mədinə Mirzəyeva müğənni Elnarə Xəlilovanın məşhur Ayrıldıq” mahnısını ifa edib. Onun ifasına isə heç bir ustad dönməsə də,
Xalq artisti Röya Ayxan ilə hitmaker Murad Arifin fikirlərinin üst-üstə düşməməsinə səbəb olub.
Röya Ayxan bildirib ki, iştirakçı Elnarədən pis oxumasa da, qadın kimi hiss verə bilməyib ifasına.
Murad Arif isə onun fikirlərinə etiraz edib:
“Əziz həmkarım Röya ilə razı deyiləm. Elnarədən yaxşı oxumadı, heç yaxşı oxumadı. Elnarə sənətkardır. Elnarə heç vaxt “H” hərfini “x” kimi tələffüz etmir. Onun mahnısını oxuyursunuzsa, onun ifasındakı dəqiqliyi təkrar edərdiniz”.