FHN ötən həftə 11 azyaşlını xilas edib - VİDEO
421
11:11, Bu gün

FHN ötən həftə 11 azyaşlını xilas edib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında qurumun aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 745 yanğına çıxış, 29 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 
 
Nazirlikdən Moderator.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 
 
Ümumilikdə FHN qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 38 nəfər xilas edilib, yanğınlar zamanı 2-si azyaşlı olmaqla 19 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 4 nəfərin meyiti təhvil verilib. 
 

 

Link kopyalandı!
Son xəbərlər