Qəbirstanlıqda biabırçılıq - Polis işə qarışdı
1086
10:46, Bu gün

Qəbirstanlıqda biabırçılıq - Polis işə qarışdı

Antalyanın ( Türkiyə ) Muratpaşa mahalında iki gənc qızın qəbir daşlarının üzərində kart oynayıb kola içdiyi görüntülər sosial mediada yayılıb.
 
Onların geyimləri və hərəkətləri etiraz doğurub.
 
Görüntülərin qısa müddətdə yayılmasının ardından Antalya polisi hadisə ilə bağlı araşdırmaya başlayıb. Bildirilib ki, görüntülər Andızlı qəbiristanlığında E.S. və K.Y. adlı xarici vətəndaşlar tərəfindən lentə alınıb. Bildirilib ki, bu şəxslər 10 mart bazar ertəsi Türkiyəni tərk edərək xaricə gediblər.
 
Açıqlamada həmçinin qeyd olunub ki, həmin şəxslər barəsində Türk Cinayət Məcəlləsinin 216-cı maddəsi əsasında "Xalqı kin və düşmənçiliyə təhrik" maddəsi ilə hüquqi proses başladılıb.(milli.az)

 

Link kopyalandı!
Son xəbərlər