Yanacaqdoldurma məntəqəsindən ŞİKAYƏT:
1645
11 Mar 2025 | 14:15

Yanacaqdoldurma məntəqəsindən ŞİKAYƏT: "62 litrlik çənə 63 litr yanacaq necə vurulub?" 

Abşeron rayonu, Məmmədli kəndində yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsində vətəndaşın avtomobilinə yanacaq çəninin tutumundan artıq benzin vurulduğu iddia olunur.
 
İddiaçı avtomobilinin yanacaq tutumu 62 litr olduğu halda, məntəqədə çənə 63 litr yanacağın necə vurulduğunu sorğulayıb.
 
Məsələ ilə bağlı "Lukoil-Azərbaycan" QSC-nin Dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev açıqlamasında məsələnin araşdırıldığını bildirib.
 
"Hazırda sözügedən yanacaqdoldurma məntəqəsinin rəhbəri məsələ ilə məşğuldur. Araşdırma aparır. Sürücü ilə əlaqə yaratmağa çalışırıq. Qeyd edim ki, həmin sürücü bizim qaynar xəttə müraciət etməyib. Müştərilərimizdən xahiş edirik ki, hər hansı sualları olsa, bizim 012 497 41 90 qaynar xəttimizə müraciət etsinlər", - deyə R.Ağayev vurğulayıb.
 
 
Link kopyalandı!
Son xəbərlər