Bu dərmanın reseptsiz qəbulu ciddi fəsadlara səbəb olur - Video
1829
11 Mar 2025 | 11:19

Bu dərmanın reseptsiz qəbulu ciddi fəsadlara səbəb olur - Video

Ana hamiləlik dövründə “Rouccutane”, yəni “İzotretinoin” tərkibli dərman vasitəsini qəbul edib. Nəticədə körpə qüsurlu dünyaya gəlib. Avropa ölkələrinin birində baş verən bu hal ilk deyil. Adıçəkilən tərkibdə preparatlar düzgün qəbul edilmədikdə çox ciddi fəsadlara yol açacaq qədər ağırdır. Lakin Azərbaycanda da həmin dərmanlar satılır və ən çox gənc qızlar bu preparatlar üçün apteklərə üz tutur, özü də reseptsiz.
 
Həkim-dermotoloq Sevda Səmədova bu dərman vatisələrinin 1 il müddətə  bədəndən sovrulsa da, həkim nəzarətində qəbul edilməli olduğunu bildirib. Əvvəllər qeyd olunan preparatları istehsal edən dərman şirkətləri 1 il hamiləlik qadağası qoyurdularsa, artıq bunun da müddəti azaldılıb. Dərmanın ciddi fəsadlarından biri də tez-tez rast gəlinən ağır depressiya hallarıdır.
 
Qeyd olunan “İzotretinoin” tərkibli dərman vasitələrinin apteklərdə reseptsiz satışı məsələsinə gəldikdə isə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, “İzotretinoin”in Rusiya, Böyük Britaniya, Türkiyə, Finlandiya, Almaniya, Avstriya, Belçika, Fransa və s. ölkələrdə qeydiyyatı var.
 
Tərkibində “İzotretinoin” olan dərman vasitələri aptekdən resept əsasında buraxılmalıdır. Hazırda dərman vasitələrinin dövlət reyestrində tərkibində “İzotretinoin” olan 3 dərman vasitəsi var. Hər bir dərman vasitəsinin təsdiqlənmiş içlik vərəqələrini nəzərdən keçirsək, bu preparatların aptekdən yalnız resept əsasında buraxılmalı olduğu ilə bağlı qeydləri görə bilərsiniz. Vərəqələrdə mövcud təhlükəsizlik problemləri ilə bağlı ətraflı məlumat verildiyi üçün əlavə rutin risk minimallaşdırma tədbirlərinin icrasına zərurət yaranmır.
 

 

Link kopyalandı!
Son xəbərlər