Günlər sonra meşədən sağ tapılmışdı, xəstəxanada öldü
1533
07 Mar 2025 | 10:04

Günlər sonra meşədən sağ tapılmışdı, xəstəxanada öldü

Türkiyənin günlərdir danışdığı qadın - meşədə sağ tapılan memar Ece Gürel vəfat edib.
 
İstanbulda yerləşən Belqrad meşəsində itkin düşən və 4 gün sonra yaralı halda tapılan 36 yaşlı Gürel xəstəxanada həyatını itirib.
 
İki gün öncə sıldırım meşəlik ərazidə tapıldıqdan sonra xəstəxanaya aparılan Ece uzun müddət soyuqda qaldığı üçün hipotermidən (bədən tempraturunun 35-dərəcədən aşağı düşməsi - red.) ürək fəaliyyəti dayanıb. Həkimlərin müdaxiləsindən sonra həyata qaytarılan Gürel intubasiya edilərək reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bütün müdaxilələrə baxmayaraq, o dünyasını dəyişib. 
 
Qeyd edək ki, Ece Gürel martın 2-si evindən Belqrad meşəsinə gəzməyə gedəcəyini deyərək çıxmış və itkin düşmüşdü. Yaxınlarının məlumatından sonra axtarış-xilasetmə qrupunun iştirakı ilə meşədə genişmiqyaslı axtarış əməliyyatı başlamışdı. Martın 4-də Belqrad meşəsində həyata keçirilən axtarış tədbirləri zamanı Gürelin mobil telefonu və bəzi şəxsi əşyaları tapılmışdı. Xilasetmə qruplarının 4 günlük axtarışlarından sonra o, martın 6-sı saat 01:15 radələrində sıldırım meşəlik ərazidə sağ tapılmışdı.(Qafqazinfo)

 

Link kopyalandı!
Son xəbərlər