Anasının işgəncə verdiyi azyaşlının qəyyumu var imiş...  - VİDEO
1097
09:33, Bu gün

Anasının işgəncə verdiyi azyaşlının qəyyumu var imiş...  - VİDEO

Xəbər verdiyimiz kimi, anası tərəfindən ağır fiziki zorakılığa məruz qalan azyaşlı M.R. valideynindən alınıb.
 
Azyaşlıya körpəlikdən qəyyumluq edən ailənin olduğu məlum olub.
 
Məlumata görə, Cəmilə Nəsirova adlı qadın ailəsi ilə birgə körpəyə 1 yaş 4 aylığından qəyyumluq edir. 
 
Cəmilə xanımın sözlərinə görə, gözəllik salonlarından birində çalışan ustadan eşidib ki, Fatimə Ramazanova övladına baxmaq üçün ailə axtarır.
 
Qadın deyir ki, F. Ramazanova öz övladını Nəsirovlar ailəsinə təhvil verərək ailəyə qəyyumluq verəcəyini vəd edib. Lakin 2024-cü ilin dekabrında yenidən uşağı ailədən alıb və ona işgəncə verib.
 
Daha ətraflı vidematerialı təqdim edirik:
 

 

Link kopyalandı!
Son xəbərlər