ABŞ konqresində gərgin anlar – Tramp onu zaldan QOVDU - VİDEO
1344
05 Mar 2025 | 11:58

ABŞ konqresində gərgin anlar – Tramp onu zaldan QOVDU - VİDEO

ABŞ Konqresinin birgə iclasında gözlənilməz hadisə baş verib.
 
Prezident Donald Trampın çıxışı zamanı Demokrat Nümayəndə Al Qrin onun sözünü kəsməyə çalışıb. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, Qrin geri addım atmayıb və nəticədə zalı tərk etməyə məcbur edilib.
 
Trampın çıxışı sərhəd təhlükəsizliyi, iqtisadiyyat və xarici siyasət məsələlərini əhatə edirdi. Lakin Qrin prezidentin bəzi fikirlərinə etiraz edərək onun sözünü kəsib. Nümayəndələr Palatasının spikeri Mayk Conson sakitliyi bərpa etməyə çalışsa da, Qrin xəbərdarlıqlara məhəl qoymayıb və nəzarətçilərin müdaxiləsi ilə zalı tərk edib.
 
Bu hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi siyasətçilər Qrinin addımını "demokratiyanın bir hissəsi" kimi qiymətləndirərkən, digərləri onu "nizam-intizama qarşı çıxmaqda" ittiham ediblər.
 
Hadisənin Konqresdəki siyasi gərginliyə necə təsir edəcəyi isə hələlik məlum deyil.
 

 

Link kopyalandı!
Son xəbərlər