Paytaxtda moped sürücülərinin düşdüyü qəzanın anbaan kadrları - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
589
11:37, Bu gün

Paytaxtda moped sürücülərinin düşdüyü qəzanın anbaan kadrları - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Bir sürücünün məsuliyyətsizliyi, qaydalara əməl etməməyi ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin baş verməsinə, yollarda sıxlıqların yaranmasına səbəb olur.
 
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sektor müdiri Ömər Xıdırov bildirib ki, xüsusulə də svetoforun qırmızı işığından keçən bəzi sürücülərin 1-2 saniyə irəli düşmək istəyi özlərinin və digər hərəkət iştirakçılarının həyatına risk yaradır.
 
"Bakıda müxtəlif vaxtlarda baş verən bu qəzalara diqqət yetirdikdə görürük ki, istər minik avtomobilinin, istərsə də motosikletin sürücüsü svetoforun qadağanedici siqnalını heçə sayır və yolu gəldiyi sürətlə də keçir. Svetoforun qırımızı işığından keçməyin təhlükəli olması, bunun acı nəticələri ilə bağlı bir neçə dəfə videoməlumat paylaşmışıq. Ancaq təəssüflər olsun ki, bəzi sürücülər nədənsə svetoforların qırmızı işığından keçməyin nə qədər təhlükəli olduğunun fərqində deyillər", - bildirib.
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi diqqətə çatdırır ki, svetoforun qırmızı işığından keçmək ağır fəsadlara səbəb ola bilər. Buna görə də svetofora yaxınlaşdıqda sürəti azaltmalı, lazım olan təhlükəsizlik tədbirləri görməli və siqnalların tələblərinə riayət olunmalıdır.
 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər