Azərbaycanda viza dələduzluğu, külli miqdarda pullar mənimsənildi
505
11:26, Bu gün

Azərbaycanda viza dələduzluğu, külli miqdarda pullar mənimsənildi

Xaricə getmək istəyirdi, arzusu ürəyində qaldı. Hələ üstəlik 6 min manatından da oldu.
 
Paytaxt sakini Nigar Rüfət viza almaq adıyla dələduzun qurbanı olduğunu iddia edir. O deyir ki, instagramda visa dəstəyi kimi fəaliyyət göstərən bir səhifə ona Londona viza verəcəyini bildirərək, külli miqdarda pulunu mənimsəyib. Belə ki, birinci səfər ona vizanı almaqda həqiqətən də köməklik göstərib.
 
Şikayətçi bildirir ki, digər bloggerlərin də reklamına etibar edərək, həm rəfiqəsinin, həm özünün sənədlərini və ödənişi göndərib. Bu gün sabah deyə deyə, 2 həftə vaxt keçib. Sonra isə sənədi geri almaq üçün nömrələri yığanda telefona zəng çatmadığını görüb.
 
Şikayətçinin haqqında danışdığı adamın şəxsi telefonuyla, həmçinin instaagram səhifəsində qeyd olunan nömrələrlə əlaqə saxlamağa çalışdıq, ancaq heç birinə zəng çatmadı. Nigar Rüfət məsələ ilə bağlı şikayət ərizəsi yazdığını, polisə təqdim edəcəyini bildirdi.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər