Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə döyüş təyyarələri İraqda böyük antiterror əməliyyatı həyata keçirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“İraqın şimalında “Pençe-Kilid” əməliyyatı və Qəndil bölgəsində müəyyən edilən 5 PKK terrorçusu, Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsində müəyyən edilən 1 PKK/YPG terrorçusu Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib”, - açıqlamada qeyd olunub.