Zelenski müharibənin 3-cü ildönümü ilə bağlı xüsusi paylaşım edib - VİDEO
393
15:07, Bu gün

Zelenski müharibənin 3-cü ildönümü ilə bağlı xüsusi paylaşım edib - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin başlanmasının üçüncü ildönümü ilə bağlı sosial media hesabında xüsusi paylaşım edib.
 
Zelenski paylaşımında Ukrayna xalqının göstərdiyi müqaviməti, qəhrəmanlığı və vətənə sədaqətini vurğulayıb:
 
“Üç il müqavimət. Üç il minnətdarlıq. Üç il ukraynalıların mütləq qəhrəmanlığı. Ukrayna ilə qürur duyuram! Onu qoruyan və kömək edən hər kəsə təşəkkür edirəm. Ukrayna naminə çalışan hər kəsə təşəkkür edirəm. Dövlətimiz və xalqımız uğrunda həyatını qurban verənlərin əziz xatirəsi daim anılacaq.”
 
Zelenski paylaşımına Ukrayna bayrağı emojiləri də əlavə edərək, ölkəsinin mübarizəsini və müstəqilliyini qorumaq üçün apardığı mücadilənin davam etdiyini bildirib.
 
 

 

Link kopyalandı!
Son xəbərlər