Göygöl DONDU – VİDEO
314
09:44, Bu gün

Göygöl DONDU – VİDEO

Qışın sərt üzünü göstərməsi təbiət mənzərəli göllərə də təsir edib.
 
Göygöl Milli Parkının ərazisində olan Göygöl donub. Hazırda ərazidə yağıntı davam etdiyindən gölün üst qatının buz bağlaması ilə yanaşı, qarın hündürlüyü də artıb. Qar ətrafda xoş mənzərə yaradıb.
 
Göygöl Milli Parkının direktoru Fuad Quilev bildirib ki, park ərazisinə gələn turistlər hava şəraitinə görə ancaq bələdçi ilə getməlidirlər.
 
O da qeyd edilib ki, qarın intensivləşməsi səbəindən təhlükəli vəziyyət nəzərə alınaraq, bəzi marşrutlar üzrə hərəkətlər məhdudlaşdırılıb.
 
Daha ətraflı videomaterialı təqdim edirik.
 
 

 

Link kopyalandı!
Son xəbərlər