“Niyə bu dövləti dağıtdılar?” - Putin KÖVRƏLDİ – VİDEO
1389
22 Feb 2025 | 10:17

“Niyə bu dövləti dağıtdılar?” - Putin KÖVRƏLDİ – VİDEO

Rusiya lideri Vladimir Putinin Sankt-Peterburqun meri, vaxtilə rəhbəri olmuş Anatoli Sobçakın ötən gün baş tutan anım günündə (Sobçak 20 fevral 2000-ci ildə 62 yaşında gözlənilmədən vəfat edib - red.) onunla bağlı danışdığı bir xatirə diqqət çəkib.
 
Putin bu hadisənin yalnız ona bəlli olduğunu və indi dilə gətirmək istədiyini ifadə edib.
 
O deyib ki, Sobçak SSRİ-nin dağılmasını çox ağrılı qarşılayıb:
 
"Xatırlayıram, bir gün işdəydim (Vladimir Putin Sobçakın katibi olub - red.), o, Moskvadan qayıtdı, əlində olan hansısa vərəqləri masanın üstünə atdı. Harasa baxdı və sonra dedi: "Niyə onlar bunu edirlər?" Mən dedim ki, siz nə haqda danışırsınız, Anatoli Aleksandroviç? O qayıtdı ki, niyə onlar ölkəni parçalayıb-dağıdırlar?"
 
Sonra Rusiya lideri qəmginliklə "indi bu barədə şərh etmək istəmirəm" deyə, kövrəldiyini belə nümayiş etdirib.
 
Qeyd edək ki, Putinin SSRİ-nin dağılmasını "faciə" adlandırması ilk dəfə deyil. Ancaq budəfəki çıxışı onun bu hadisədən necə sarsılmasını daha çılpaqlığı ilə nümayiş etdirir ki, bu da politoloqların müzakirəsinə səbəb olub. Belə ki, Putinin bütün siyasi fəaliyyətinin SSRİ-ni bu və ya digər formada bərpa etməyə həsr etdiyi gündəmə gətirilib.
 

 

Link kopyalandı!
Son xəbərlər