Bizi sosial şəbəkələrdən izləyin:
Xalq artisti Emin Ağalarov həmkarı Alsu ilə bağlı diqqətçəkən paylaşım edib.
Emin Alsu ilə duetlərinin görüntülərini instaqram səhifəsində yayımlayaraq tamaşaçıları sənət yoldaşının fevralın 14-də “Sevgililər günü”ndə Bakıda verəcəyi konsertə səsləyib.
“Möhtəşəm Alsu ilə “Bir-birimiz olmadan yaşaya bilmərik” (duet ifa etdikləri mahnının adı – red.). Fevralın 14-də Alsu mənim doğma şəhərim Bakıda solo konsert verəcək və burada mütləq bir neçə mahnını birlikdə ifa edəcəyik. Bakı Konqres Mərkəzində görüşənədək”, - deyə Emin paylaşımında yazıb. (olay)